Yuxarı

İlham Əliyev ədliyyə naziri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Əlcəzair Xalq Demokratik Respublikasının Ədliyyə naziri Tayeb Louhun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Əlcəzairin Ədliyyə naziri Tayeb Louhun Azərbaycanda çoxlu sayda məhsuldar görüşlər keçirməsindən məmnunluğunu ifadə edib, nazirlər səviyyəsində qarşılıqlı səfərləri ədliyyə sahəsində əməkdaşlığın uğurlu inkişafının göstəricisi kimi dəyərləndirib.

Azərbaycanın Əlcəzair ilə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu deyən dövlət başçısı vurğulayıb ki, siyasi əlaqələr çox yaxşı səviyyədədir, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfəyə toxunan Prezident İlham Əliyev keçən il ölkədə “İslam Həmrəyliyi İli”nin elan olunduğunu, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini qeyd edib. Dövlət başçısı ikitərəfli münasibətlərimizin növbəti mərhələsində iqtisadi əməkdaşlıq məsələlərinə daha çox diqqət yetirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyini bildirib. Prezident İlham Əliyev, eyni zamanda, qeyd edib ki, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi, o cümlədən insanlar arasında əlaqələr, turistlərin qarşılıqlı səfərləri böyük önəm daşıyır. Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf ediləcəyinə əminliyi ifadə edib.

Ədliyyə naziri Tayeb Louh Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarını və eyni zamanda, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini dövlət başçısına çatdırıb. O qeyd edib ki, Əlcəzair Prezidenti dövlət başçısına fəaliyyətində yeni-yeni uğurlar və Azərbaycan xalqına Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı inkişaf və tərəqqi arzulayır. Tayeb Louh bildirib ki, Əlcəzair dövlətinin başçısı Azərbaycan ilə münasibətlərin inkişafına yüksək diqqət yetirir və bu istiqamətdə müvafiq tapşırıqlar verib. Nazir iki ölkə arasında tarixi əlaqələrin mövcud olduğunu və bu əlaqələrin getdikcə uğurla inkişaf etdiyini vurğulayıb.

Dövlət başçısı Əlcəzair Prezidenti Əbdüləziz Buteflikanın salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair Prezidentinə çatdırmağı xahiş edib.

Söhbət zamanı iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikri mübadiləsi aparılıb.

Tarix
2018.06.23 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla