Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyul 2018


Sabah 38 dərəcə isti olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, havanın temperaturunun gecə 20-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti olacaq.

İyunun 25-də Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, lakin səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 33-38° isti təşkil edəcək. Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz olacaq, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 32-37° isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin səhər və axşam əsasən dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti təşkil edəcək.

Mərkəzi-Aran - Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti olacaq.

Sabah Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək, şimal-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 25-30° isti təşkil edəcək.

Tarix
2018.06.24 / 15:22
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rusiyada dəhşətli qəza: 8 azərbaycanlı yaralandı

“Azercell” sosial mediada da liderdir!

Gömrükçülər cinayətkar qrupun planını məhv etdi

Sabahın hava proqnozu açıqlandı

Yasamalda şirkət parkın ağaclarını kəsir - Foto

MDB ölkələri polislərini Bakıya göndərdi - Prezidentdən müraciət

Tankçılarımız Moskvaya getdi

“Bakcell”dən Yay Məktəbinə dəstək

Xəzərə “Kamaz”la zibil tökənlər...

Bakıda parkdan 72 fəvvarə stəkanı oğurlandı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla