Yuxarı

Azərbaycanlı siyasətçi Türkiyədə deputat seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsilli siyasətçi Şamil Ayrım Türkiyə parlamentinin deputatı seçilib.

Axar.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. O, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində AKP siyahısından qalib gəlib.

Ş.Ayrım 27-ci çağırış parlamentdə İstanbul şəhərini təmsil edəcək.

Bu münasibətlə Dövlət Komitəsinin sədri Fuad Muradov Şamil Ayrıma zəng edərək onu təbriklərini çatdırıb, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Ş.Ayrım da öz növbəsində, Türkiyə və Azərbaycanı daima güclü görmək arzusunda olduğunu bildirib: "Mən bundan sonrakı fəaliyyətimdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çalışacağam. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcək, Türkiyədəki azərbaycanlıların qayğılarını diqqətdə saxlayacağam. Təbii ki, Qarabağın azadlığı bizim ən böyük arzumuz və məqsədimizdir. Bu istiqamətdə də əlimdən gələni etməyə hazıram”.

Türkiyəli millət vəkili həmçinin Azərbaycana səfəri zamanı Fuad Muradovla görüşəcəyini də vurğulayıb.

Qeyd edək ki, Ş.Ayrım bundan əvvəl 20 və 21-ci çağırışlarda da parlamentdə təmsil olunub.

Tarix
2018.06.25 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla