Yuxarı

İcra başçısı Daşkəsəndəki fəlakətdən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə qaranlıq olduğundan təbii fəlakətin miqyasını müəyyənləşdirmək mümkün olmamışdı. Bu gün səhər selin vurduğu ziyanın miqyasının necə böyük olduğunu gördük. Artıq baş nazir cənab Novruz Məmmədova, “Azəravtoyol” Dövlət Agentliyinin sədri Saleh Məmmədova, başqa aidiyyatı qurumların rəhbərlərinə müraciətlər olunub. Yaxın günlərdə uçulub dağılan yol infrastrukturu düzəldiləcək, həyat əvvəlki ritminə düşəcək.

Axar.az xəbər verir ki, bu sözləri Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Musavat.com-a açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində insan itkisi olmayıb:

“Şükürlər olsun ki, ölüm-itim yoxdu. Yüngül xəsarət alanlar vardı, onlara ilkin tibbi yardım edildikdən sonra, evlərinə buraxılıblar. Sel daşqınları nəticəsində xeyli mal-qara tələf olub”.

İcra başçısı bildirib ki, təbii fəlakət elektrik dirəklərini aşırıb:

“Beş transformatoru sel aparıb. Əsas strateji yollardan birinin üstündəki körpü uçub. İndi onun bərpası ilə məşğuluq. Rayon mərkəzinə ziyan dəyməyib. Dam örtükləri yerindədi. Hazırda hava yaxşıdı, gün çıxıb, bərpa işlərinə başlanıb”.

Qeyd edək ki, güclü leysan Daşkəsəndə bir sıra fəsadlar törədib. Hadisə ilə əlaqədar dərhal icra başçısı Əhəd Abıyev tərəfindən operativ qərargah yaradılıb, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə hadisə yerlərində baxış keçirilib

Tarix
2018.06.25 / 13:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla