Yuxarı

Bakı AŞPA üçün çox önəmlidir – Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA Azərbaycana qarşı ikili standartlara son qoymalıdır.

Axar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva AŞPA-nın yay sessiyasının ilk günü “İnkişafın hesabatı” (“Progress report”) və “Azərbaycanda erkən prezident seçkisinin müşahidəsi” (“Obsrvation of the early prezidental election in Azerbaijan”) adlı qətnamə layihələrinin müzakirəsində çıxışı zamanı deyib. Deputat xatırladıb ki, Azərbaycanda prezident seçkilərini 61 təşkilat və 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib:

“Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik olması ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçicilərlə bağlı müsbət rəy verib. Sadəcə, ATƏT və AŞPA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirdi. Yüzlərlə beynəlxalq müşahidəçi özləri birbaşa müşahidə etdiyi seçkilərin bağlı azad, ədalətli, demokratik, şəffaf keçirildiyini bildirdi, amma AŞPA onların səslərini eşitmək istəmədi və istəmir”.

Millət vəkili bildirib ki, bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə böyük əngəldir:

“Seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusu və seçkilər günü keçirilən exit-pollarda da prezident İlham Əliyevin qələbəsi öz əksini tapırdı. Avropa və dünya ölkələrinin rəhbərləri, baş katib cənab Yaqland Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması, prezident seçilməsi münasibəti ilə təbrik edib. Bütün bunları nəzərə alaraq, siz həmkarlarımızın məsələyə daha həssaslıqla, obyektivliklə yanaşacağına ümid edirik. Düz 100 il əvvəl Azərbaycan bütün müsəlman şərqində ilk parlamentli demokratik cümhuriyyəti quran, qadınlara seçmək və seçilmək haqqı verən bir dövlətdir. Sovet işğalına qarşı mübarizə apararaq müstəqilliyini təkrar qazanan Azərbaycanda demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır və bu islahatlar davam edir. Ona görə də Assambleyamız ikili standartlara son qoyub, Azərbaycana daha da çox dəstək olmalıdır. Azərbaycanın Qərblə Şərq, Qərblə müsəlman dünyası arasında bir körpü olduğunu nəzərə alsaq, bu, Azərbaycan qədər təşkilatımız üçün də çox önəmlidir”.

Tarix
2018.06.25 / 16:44
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla