Yuxarı

Dövlət qurumundan qarpız alanlara - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsti yay aylarının sərinləşdirici qidalarından olan qarpızı artıq piştaxtalarda görmək mümkündür. İyul ayının sonu, avqustun əvvələrində yeməyə alışdığımız qidanın iyun ayında artıq satışda olması istehlakçılarda onun keyfiyyəti barədə şübhə yaradır.

Qida Təhülkəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Azvision.az-a bildirib ki, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir.

"Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl oması vacib amillərdən biridir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir ki, yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir”.

M.Piriyev qeyd edib ki, qarpızın cizgilərı aydın olmalıdır. Belə ki, yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılmamalıdır.

"Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Bundan əlavə, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə, yəni iyul ayının sonundan sentyabrın əvvəlinə kimi, əsasən avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakından imtina edilməlidir”.

Tarix
2018.06.25 / 20:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla