Yuxarı

Bakıya gətirilən avtobuslar bahalaşıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya gətirilən avtobuslar bahalaşıb

Azərbaycana iri və ortatutumlu sərnişin avtobuslarının gətirilməsi davam etdiriləcək.

Bunu Azərbaycan Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda sərnişinlərin daşınması üçün həm iri, həm də ortatutumlu avtobuslardan geniş istifadə olunur: "İritutumlu avtobusların ortatutumlu avtobuslarla əvəz edilməsi manevr etməyin çətin olduğu dar küçələrdə həyata keçirilib, başqa marşrutlarda isə iritutumlu avtobuslardan istifadə olunur. Ölkəyə iri və ortatutumlu avtobusların gətirilməsi gələcəkdə də davam etdiriləcək".

2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 665 avtobus idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 21,9 faiz azdır. İdxal olunan avtobusların ümumi dəyəri 31,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 27,3 faiz azdır.

Ümumilikdə ötən il Azərbaycana 1038 ədəd avtobus gətirilib ki, bu da 2011-ci ildə qeydə alınan göstəricidən 58,5 faiz çoxdur. İdxal olunan avtobusların ümumi dəyəri 49,88 milyon dollardan artıq olub. Bu, 2011-ci ilin göstəricisindən 88,1 faiz çoxdur.

Tarix
2013.11.29 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla