Yuxarı

Burda məğlublar da mükafat alır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Burda məğlublar da mükafat alır - Foto

Prezident yanında Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində ölkə ərazisində 6 məktəb qardaşlaşma sazişi imzalayıb.

Bilik Fondunun İnformasiya təminatı şöbəsindən Axar.az-a verilən məlumata görə, Bakının 190 saylı məktəbi Şəkinin 7, 145 saylı məktəbi Ağstafanın 1, BSU-nun Məktəb- Lisey Kompleksi Tovuzun Qovlar şəhər orta məktəblərinin qonağı olublar. Məktəblər arasında imzalanan "Qardaşlaşma sazişi"nin müddəları məktəblilərin müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər iki tərəf təmsil etdikləri rayonun və məktəbin təqdimatını keçiriblər.

Məktəblilər axşam saatlarında qonaq olduqları bölgəni ekskursiya edəcək, dəyirmi masa keçiriləcək, intellektual yarışmalar təşkil olunacaq. Yarışmanın qeyri-adiliyi ondadır ki, təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılacaqlar. Şagirdlər lahiyədə iştirak etdiklərinə görə, Bilik Fonduna minnətdarlıqlarını bildiriblər, təəssüratlarını bölüşüblər. Qeyd edək ki, Bilik Fondunun "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsinin ilk mərhələsi senyabrın 15-nə qədər davam edəcək. Müxtəlif bölgələrdə yerləşən 20 məktəb qardaşlaşacaq. Sonrakı mərhələlərdə ölkədəki bütün məktəblər layihəyə cəlb olunacaq.

Tarix
2014.09.08 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla