Yuxarı

Bakıda itkin düşən 12 yaşlı qız danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda itkin düşən 12 yaşlı qız danışdı

Avtorallidə itkin düşən və 6 gün sonra tapılan qız danışdı.

"Axar.az" xəbər vermişdi ki, noyabrın 23-də Bakıda avtoralli yarışını izləmək adı ilə evdən çıxan 12 yaşlı Lalə Məmmədova və onların qonşusu, 17 yaşlı Qönçə dünən axşam polis tərəfindən tapılıb. Lalənin atası daha öncə açıqlamasında qızının Qönçəyə uyaraq qaçdığını söyləmişdi.

Lalə isə açıqlamasında evdən qaçmadığını və qohumlarına getdiyini bildirib: "Gün.az"a açıqlamasında, "Mən evdən qaçmamışdım. Hövsandakı qohumumuzgilə getmişdim. Amma bundan evdəkilərin xəbəri yox idi", - deyib.

"Bəs evdən xəbərsiz olaraq 6 gün qohumunuzgildə niyə qaldınız?" sualına isə cavab alınmayıb. Telefonu bir qadın Lalənin əlindən alıb və ona danışmağa imkan verməyib.

Daha sonra isə Lalənin atası Müşfiq Məmmədov telefonu götürərək bir daha qızının Qönçə tərəfindən "yoldan çıxarıldığını" təkrarlayıb.

Xatırladaq ki, M.Məmmədov daha öncə qızı Lalə və qonşuları Qönçənin 6 gün ərzində müxtəlif internet klublarında gecələdiklərini söyləmişdi. Onların dünən axşam "Sahil" metrosu yaxınlığında tapıldığını bildirmişdi.

Tarix
2013.11.29 / 16:00
Müəllif
Hüseyn
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla