Yuxarı

İki polisi şəhid edənlərin şokedici - Dosyesi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10 iyulda Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərərək iki polis əməkdaşını küt və kəsici-deşici alətlərlə vuraraq şəhid edənlər hazırda axtarışda olan radikal dindarlar və cinayətkarlardır.

Axar.az xəbər verir ki, iki polis zabitini şəhid edən cinayəti törətməkdə şübhəli bilinən Rəşad Məmmədəli oğlu Böyükişiyev və Fərrux Xəqani oğlu Qasımov haqqında bəzi tükürpədici detallar məlum olub.

Belə ki, 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olan Rəşad Böyükkişiyev ilk dəfə 19 yaşında qətl törədib. O, 02.10.2007-ci ildə anasını qətlə yetirməkdə təqsirli bilinərək Cinatyət Məcəlləsinin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib.

Həbsdən azad olduqdan sonra Rusiya Federasiyasına gedib. 9 aydan sonra da Rusiyada soyğunçuluq törədərək 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov kimi, o da şiə məzhəbli radikal dindardır. Müəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.

Fərrux Qasımovun qardaşı Qasımov Ramin Xaqani oğlunun da cinayətkar olduğu məlum olub. O, 2016-cı ilin sentyanbr ayında Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma) 7 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.

Gəncə hadisələrindən sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər yayılmağa başlayıb. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyevdir və o yazır:

“Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”.

Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadını bıçaqlayıb.

Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlər olub və dini fanatizm pərdəsi altında gizlənirlər.

Tarix
2018.07.11 / 13:56
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla