Yuxarı

Bundan da betər təxribatlarla üzləşmişik… - Hüseynov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiçik bir meydanda olsa da, ictimai asayişə qəsd edərək polis zabitlərinin qətlə yetirilməsi xüsusilə ağır cinayətdir.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov Gəncə hadisələri zamanı iki polis zabitinin öldürülməsi və ölkədə iğtişaş salmaq istəyən dini-radikal quruplaşmalarla bağlı danışarkən bildirib. Hüquqşünas qeyd edib ki, əhali heç vaxt bu cür dini qruplaşmaların təxribatlarına uymaz:

“Xalqımız kifayət qədər müdrikdir və əminliklə deyə bilərik ki, haradan qaynaqlanmasından, kim tərəfindən idarə edilməsindən asılı olmayaraq, belə təxribatlar yolu ilə ölkəmizdə ciddi qarşıdurma yaratmaq alınmayacaq. Çünki xalqımız hansı düşmənlərin əhatəsində olduğunu gözəl bilir. Müstəqilliyimiz boyu dəfələrlə belə və bundan da betər təxribatlar yaşadıq, amma heç birində böyük miqyaslı, nəzarətdən çıxa bilən daxili silahlı qarşıdurma olmadı. Yenə də məhz xalqımızın müdrikliyi sayəsində”.

Hüquqşünas bildirib ki, bu hadisələr ciddi araşdırılmalıdır:

“Hər kəs təxribatın qurbanı olan polis zabitlərinə Allahdan rəhmət diləyərək, bu hadisələri törədənləri və təşkil edənləri lənətləyir. Elə bu da müdrikliyin, tərəqqiyə və firavanlığa can atmanın cəmiyyətimizdə əsas hədəf olmasının göstəricisidir.

Bu hadisələrdən ciddi dərslər də çıxarılmalıdır. Bu hadisəyə gətirib çıxaran hər şey obyektiv və ədalətli araşdırılmalıdr ki, real boşluqlar görünsün. Daha sonra həmin boşluqların ləğvi, özü də peşəkarcasına, həyata keçirilməlidir”.

Tarix
2018.07.11 / 15:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla