Yuxarı

Onlar şəhid olaraq minlərlə insana bildirdilər ki... - Zalov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşlarımız Gəncədə, ölkədə sabitliyin qorunması üçün öz andlarına sabiq qalıb, dövlətçiliyə sadiqliyini göstəriblər.

APA-nın məlumatına görə, bunu Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşlarının vida mərasimində Daxili İşlər nazirinin müavini Oruc Zalov bildirib.

O. Zalov deyib ki, şəhid olan polislər polis şərəfini qoruyublar:

“Onlar şəhid olaraq minlərlə insana bildiriblər ki, cinayətkarlığa aman verilməyəcək. Yeri gəlsə, canımızı qurban verəcəyimizlə bağlı andımıza sadiq qalıb, sabitliyi qorumaq üçün öz canlarından keçərək şəhid olublar".

Nazir müavini qeyd edib ki, hər iki polis əməkdaşı uzun illər daxili işlər orqanlarında şərəflə xidmət ediblər:

"İlqar Balakişiyev 35 il daxili işlər orqanlarında xidmət edib, qarşıya qoyulan tapşırıqları şərəflə yerinə yetirib, dəfələrlə Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mükafatlandırılıb. İlqar Balakişiyev 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib. Gəncə şəhərinin sakinləri arasında böyük hörmətə malik olub. Nümunəvi xidmət göstərərək sübut edib ki, əsl polis işçisi necə olur.

Şəhid qardaşımız Səməd Abbasov da şərəfli bir xidmət yolu keçib, polis serjantılığından polis mayoruna kimi yüksələn, Nizami Rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilən Səməd Abbasov daim kollektivdə nümunəvi xidməti ilə fərqlənib. Kollektivə Gəncədə ictimai asayişin qorunmasında öz şərəfli xidməti ilə nümunə olub. Bu gün Gəncə sakini olan hər iki polis qardaşımızı son mənzilə yola salırıq. Bu, bizim üçün, gəncəlilər üçün böyük itkidir. Lakin mən inanıram ki, İlqar Balakişiyev və Səməd Abbasovun xatirəsi heç vaxt yaddan çıxmayacaq. Onların keçdiyi şərəfli xidmət yolu onların yoldaşları, Gəncə sakinləri tərəfindən daim xatırlanacaq. İnanıram ki, bir çox gənclər onlardan nümunə götürüb ölkədə əmin-amanlığın qorunması üçün yeri gəlsə, canlarını belə əsirgəməyəcəklər".

Tarix
2018.07.11 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla