Yuxarı

Millət vəkili məmurlara çağırış etdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva “Sağlamlığın Qorunması” İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda şəhid ailələrinə həsr olunan “Sağlam nəsil, sağlam gələcək” adlı konfransda iştirak edib.

Axar.az xəbər verir ki, Gədəbəydə ziyalılar qarşısında çıxış edən millət vəkili yerli məmurları, nazirliklərin rayon şöbələrinin rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas yanaşmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb.

“Cənab Prezidentin də vurğuladığı kimi, millət vəkilləri, məmurlar xalqın xidmətçiləridir. Ölkəmizin sabitliyi və inkişafı hamımız üçün ən vacib məsələ olmalıdır. Cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalinin güzəranının daha da yaxşılaşdırılması istiqamətində böyük səylə çalışmalıyıq”, - deputat bildirib.

Millət vəkili dövlətin şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazi və əlillərə dəstək və qayğısından da danışıb.

Q.Paşayeva qeyd edib ki, uşaqların, gənclərin daha çox mütaliə etməsi və onların daxili dünyalarının zənginləşdirməsi istiqamətində müəllimlər, ziyalılar öz səylərini daha da artırmalıdırlar.

“Bir sıra lazımsız televiziya proqramları və zərərli vərdişlərin uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik. Bir millətin inkişafı onun gənc nəslinin kitaba, oxumağa, öyrənməyə marağından keçir. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Gənclər arasında zərərli vərdişlərə - narkomaniyaya, siqaretə, qumar oyunlarına aludəçiliyin artması hamını ciddi narahat etməlidir. Onların bu zərərli vərdişlərdən tamamilə uzaq durması istiqamətində maarifləndirmə işinin aparılması vacibdir”.

Tarix
2018.07.12 / 17:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla