Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2019


Bu şəxslər təhsil haqqından azad oluna bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Peşə təhsili haqqında” qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar.

Trend-in məlumatına görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2020-ci ilədək peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, “Peşə təhsili haqqında” Qanunda yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına köməklik göstərilməsi nəzərdə tutulur.

İlk dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sağlamlıq imkanları məhdud gənclər üçün “Soyuducu qurğuların maşinisti” ixtisası üzrə qrup açılıb və 9 tələbə inklüziv təhsil alıb. Növbəti tədris ilində digər peşə təhsili müəssisələrində də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müxtəlif ixtisaslar üzrə qrupların açılması nəzərdə tutulur.

Tarix
2018.07.13 / 00:56
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu dəfə bəy toy günü qaçdı - Şok olay

Meriya müxalifətin mitinqinə icazə vermədi

Zakir Həsənov yeni səfirlə görüşdü - Foto

Ağacları hansı halda budamaq olar? - Nazirlik açıqladı

Rasizadə ilk dəfə danışdı: indi nə iş görür?

Bakıda bu yolda gedişhaqqı 80 qəpikdir - Açıqlama

Qadın abort zamanı öldü, həkim işdən qovuldu

Ölmüş şəxsə cərimə yazıldı - DYP-dən açıqlama

“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib

Bakıda nazirlərin V iclası: Prezident iştirak edir - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla