Yuxarı

Maliyyə Nazirliyinin qadağasına əməl etməyən sayt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maliyyə Nazirliyinin qadağasına əməl etməyən sayt

Maliyyə Nazirliyinin lisenziyasını dayandırdığı sığorta şirkətinin saytı fəaliyyətini davam etdirir.

Axar.az xəbər verir ki, "Royal Sığorta"nın lisenziyası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 2014-cü il 08 sentyabr tarixdə ləğv edilib. Buna baxmayaraq, sığorta şirkətinin rəsmi saytı hələ də fəaliyyət göstərir. Saytda məlumatlar yerləşdirilir, reklam xarakterli videomateriallar yayımlanır.

Saytda "Royal Sığorta"nın tarixçəsi ilə bağlı da məlumat var. Ancaq məlumatda şirkətin lisenziyasının əlindən alınması ilə bağlı məlumat yoxdur.

Saytda yerləşdirilən tarixçəyə əsasən, sığorta şirkəti 11 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət qeydiyyatından keçib. 28 dekabr 2011-ci ildə Maliyyə Nazirliyindən sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziya alıb.

Məsələyə aydınlıq gətirmək üçün sığorta şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, saytda göstərilən əlaqə nömrələrindən heç birinin daxil olan zəngləri qəbul etmədiyi bəlli oldu.

Qeyd edək ki, Maliyyə Nazirliyi "Royal Sığorta" ASC-nin lisenziyasını nöqsanlara yol verdiyinə görə ləğv edib. "Royal Sığorta" nöqsanların aradan qaldırılması üçün verilən möhlətdən istifadə etmədiyindən və nöqsanları aradan qaldırmadığından, Cəmiyyətin lisenziyası sığorta qanunvericiliyinin tələblərinə müvafiq olaraq ləğv edilib.

Xatırladaq ki, "Royal Sığorta" səğorta yığımlarının həcminə görə Azərbaycanın 28 sığorta şirkəti arasında axırıncı yeri tuturdu.

Tarix
2014.09.11 / 15:55
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla