Yuxarı

6 dövlət qurumu 16 maşın satır - Ucuz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə dövlət qurumu hərraca maşın təqdim edib.

Axar.az xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 14 avqust tarixində avtomobil həvəskarları üçün auksion təşkil edəcək. Hərraca ümumilikdə 16 müxtəlif markalı avtomobil çıxarılıb.

Milli Məclis 2, Daxili İşlər Nazirliyinə tabe olan idarələr ümumilikdə 5, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş müəssisəsi 4, Dövlət Sığorta Kommersiya Şirkətinin iki ayrı filialı 2, Bakı Şəhər İcra Hakimiyyəti 2, Kəlbəcər Rayon İcra Hakimiyyəti isə 1 avtomobilini satır.

Hərraca təqdim edilən ən bahalı avtomobil Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına aid “BMV 320i” markalı avtomobilidir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.

Ən ucuz avtomobil isə Milli Məclisin təqdim etdiyi “Qaz-31029” markalı avtomobildir. Onun üçün ilkin start qiyməti 800 manat müəyyən edilib.

Tarix
2018.07.14 / 11:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla