Yuxarı

“Sevil” MMC payçıları aksiyaya hazırlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sevil” MMC payçıları aksiyaya hazırlaşır

"Sevil massivi" MMC-nin rəhbəri Hacı Aynur Zeynalovun həbsi payçıları təşvişə salıb.

Axar.az-ın əldə etdiyi məlumatda deyilir ki, torpaq alan və ev tikən vətəndaşlar növbəti etirazlara hazırlaşır. Mülk sahibləri Hacı Aynurun həbsindən sonra hər ay kredit ödəsələr də, pullarının batacağından qorxurlar. Buna görə də MMC-nin yerləşdiyi ərazidə toplanıb etiraz olunacağı gözlənilir.

Sakinlər arasında pulunu geri almaq istəyənlər də var. Amma onlara bildirilib ki, tələsməsinlər, problem həll olunacaq. Payçılarsa buna inanmır. Onlar şirnikləndirici reklam lövhələrinin qurbanı olduqlarını hesab edirlər. Sakinlərə bildirilib ki, rəhbər həbsdə olsa da, şirkətin başına başqa şəxs keçəcək və narahatlıqlara son qoyulacaq.

Xatırladaq ki, A.Zeynalov vergidən yayınma ittihamı ilə həbs edilib və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İddiaya görə, o sələfi təriqətinin üzvü olub.

Tarix
2014.09.11 / 22:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla