Yuxarı

Abşeronda vəzifəli şəxs həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abşeronda vəzifəli şəxs həbs olundu

Abşeron rayon İcra Hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Aznews.az-ın məlumatına görə, vətəndaşların şikayəti əsasında idarə əməkdaşları tərəfindən əməliyyat keçirilib və o, həbs edilib.

Məlum olub ki, Seymur Məmmədov tikinti aparmağa icazə vermək üçün vətəndaşlardan 2000 manat, daha sonra isə 1000 manat tələb edib.

Məlumatı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri Akif Əliyev qismən təsdiqləyib. O, Seymur Məmmədovun işdən kənarlaşdırıldığını və bunu rəhbərliyin kadr islahatı olduğunu bildirib: "Onun həbsi ilə bağlı heç nə deyə bilmərəm. Seymur Məmmədov işdən azad olunub. Amma onun hansı səbəbdən işdən çıxarıldığını deyə bilmərəm. Yəqin ki, bu rəhbərliyin kadr islahatıdır".

Tarix
2014.09.12 / 13:03
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla