Yuxarı

Velosiped zavoduna yaşıl işıq - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Velosiped zavoduna yaşıl işıq - Fotolar

İsmayıllıda tikilən velosiped zavodu yanvarda hazır olacaq.

Axar.az xəbər verir ki, texniki problemlərə görə inşası dayanan zavodun gələn ilin ilk ayında təhvil veriləcəyi planlaşdırılır. Azərbaycanda ilk dəfə velosiped istehsal edəcək zavodun tikintisi hələlik dayanıb. Ancaq inşa işləri davam etdiriləcək.

Bir müddət əvvəl zavodun tikintisinin yubanmasından yazmışdıq və işin ləngiməsinə süni maneələr olduğunu qeyd etmişdik. Artıq problem həllini tapıb. Bu zavodun tikintisi üçün Bolqarıstan şirkəti ilə müqavilə bağlanıb, layihə üzrə işlər davam etdirilir.

Zavod bir il ərzində 30 min ədəd idman, uşaq və şəhər tipli velosiped istehsal etmək gücünə malik olacaq. 5 hektar ərazidə inşa olunan zavodda 95 nəfər işlə təmin olunacaq.

Xatırladaq ki, bu böyük layihə hazırda nəinki ölkə daxilində artan tələbatı ödəyəcək, həmçinin qonşu ölkələrə ixraca imkan verəcək gücdə olduğundan, ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Tarix
2014.09.14 / 09:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla