Yuxarı

Şairin 150 min manatını mənimsədilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şairin 150 min manatını mənimsədilər

Tanınmış şair Saday Şəkərlini yaxın dostu aldadaraq pulunu mənimsəyib. Borcunu qaytarmaqdan boyun qaçıran şəxs ölkədən qaçıb.

Bu barədə Axar.az-a danışan şair keçmiş dostu Veysəlov Yusif Arif oğlunun onun etibarından sui-istifadə etdiyini bildirib:

"Y.Veysəlov iş qurmaq adı adı ilə məndən 150 min dollar pul aldı. Mən həmin məbləği ona hissə-hissə vermişəm. Hər dəfə iş barəsində soruşanda işlərin yaxşı getdiyini deyirdi. Sonradan məni aldatdığını anladım. İndi isə pulumu geri ala bilmirəm".

Saday Şəkərli pulunu almaq üçün Kürdəmir Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edərək borcu tanıyıb. Lakin şair pulunun geri qaytarılmasına nail olmayıb. Yenidən müraciət etdiyi Şirvan Apellyasiya Məhkəməsi isə borcun 100 min dollar olduğunu tanıyıb və bu barədə qətnamə qəbul edib. Lakin Saday Şəkərli bu dəfə də öz pulunu geri ala bilməyib.

Şair artıq Yusif Veysəlovun ölkədən qaçdığını bildirib:

"Hazırda məhkəmənin qətnaməsi qüvvəyə minsə də, qərarı icra etmək hələ ki, mümkün olmayıb. Kürdəmir rayon icra məmurlarının səriştəsizliyi nəticəsində dələduz Rusiya Federasiyasına qaçmağa nail olub".
Saday Şəkərli dələduzun axtarışı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini deyib.

Tarix
2014.09.14 / 11:46
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Nəsimi Musayev heç kimi öldürmək istəməyib - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla