Yuxarı

Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - Video

Azərbaycan Milli Qəhrəmanı Allahverdi Bağırovun abidəsi ermənilər tərəfindən dağıdılıb.

Axar.az xəbər verir ki, bunu ermənişünas İsmayıl Tanrıverdi Feysbuk səhifəsində yazıb.

O bildirib ki, Ağdamda, Milli Qəhrəman Allahverdi Bağırovun şəhid düşdüyü yerdə keçmiş erməni dostları tərəfindən hələ 1994-cü ildən ona abidə qoyulub:

"Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və bütün Ermənistana car çəkib ki, ay aman, qoymayın, ermənilər "erməni torpağında" onların düşməninə abidə - qəbir daşı qoyublar".

Bundan sonra Xankəndidən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıb. İ.Tanrıverdi qeyd edib ki, ermənilər daşdan heyf alıblar. Daşı param-parça etdikdən sonra Razmikin axtarışına çıxıblar:

“Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişəm. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik”.

Qeyd edək ki, qəbir daşının Razmik Petrosyan və dostları tərəfindən düzəldildiyi abidədə də qeyd olunmuşdu.

Tarix
2018.07.29 / 21:24
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla