Yuxarı

Amerika Yəhudiləri Bilik Fondunu ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerika Yəhudiləri Bilik Fondunu ziyarət etdi - Foto

Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L Hatzolas Nidchei Yisroel) Azərbaycan bölməsinin rəhbəri Rav Shmuel Simantov və təşkilatın mətbuat xidmətinin katibi Murad Salmanov Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunu ziyarət ediblər.

Təşkilatdan Axar.az-a verilən məlumata görə, görüş zamanı Rav Shmuel Simantov ilə Fondun rəhbəri Oqtay Səmədov arasında ikitərəfli əmədaşlıq haqqında müzakirə aparılıb. Fond barədə məlumat verən Oqtay Səmədov yəhudilərlə Azərbaycan xalqının qardaşlığından bəhs edib.

Rav Shmuel Simantov Azərbaycanda gördükləri xoş münasibətdən və tolerantlıqdan danışaraq bildirib ki, tolerantlıq azərbaycan xalqının qanında, canındadır. Bu gün Azərbaycan dünyada öz tolerantlığı ilə seçilir. Bu gözəl nailiyyətlər ümumili lider Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılıb.

Görüş zamanı fondun əməkdaşları ilə Rav Shmuel Simantov arasında maraqlı diskussiya aparılıb. Sonda fondun rəhbəri Oqtay Səmədov Rav Shmuel Simantova hədiyyə təqdim edib.

Tarix
2014.09.18 / 00:54
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Bakıdakı tədbirə onu göndərir

Fransa XİN başçısının Azərbaycanı hədəf alması...

Vyetnamın vitse-prezidenti Azərbaycana gəldi

İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi

Milli-mənəvi dəyərlər və tolerantlıq Azərbaycanın gücüdür

Lavrov sabah Bakıya səfər edəcək

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla