Yuxarı

Abdullayev üzləşdiyi problemlərdən danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abdullayev üzləşdiyi problemlərdən danışdı

Bu gün Gənc Diplomatlar Birliyinin "Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafında gənclərin rolunun təmin edilməsi" beynəlxalq layihəsinin təşkilat komitəsi layihə çərçivəsində Xarici İşlər Nazirliyində görüş keçirib.

Bu haqda məlumat Axar.az-a Gənc Diplomatlar Birliyindən daxil olub. Gənc diplomatları Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev qəbul edib. Görüş zamanı Astanaya səfər öncəsi bir sıra müzakirələr aparılıb:

"XİN-də olan görüşümüz digərlərindən tamam fəqlənərək çox səmimi şəkildə keçdi. Elman Abdullayev bizimlə Qahirə və Nyu Yorkda oxuduğu tələbəlik illərindən tutmuş bu günə qədərki diplomatik fəaliyyətindəki təcrübəsinə qədər, bir çox məqamları bölüşdü. Həmin dövrlərdə, xüsusilə Los Ancelesdə konsul işlədiyi zaman ermənilərlə üzləşdiyi problemləri xüsusi qeyd edən diplomat bu yolda qətiyyətli olmağı, ümummilli lider Heydər Əliyev və azərbaycançılıq ideologiyasına hər zaman sadiq bir vətəndaş olmağı tövsiyyə etdi".

Xatırladaq ki, bu yaxınlarda Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyinin "Azərbaycan və Qazaxstan ölkələri arası münasibətlərdə gənclərin rolunun artırılması" istiqamətində görüş keçirilmişdi.

Tarix
2014.09.18 / 01:08
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla