Yuxarı

“Şotlandların müstəqillik qazanması bizə pis təsir edər”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şotlandların müstəqillik qazanması bizə pis təsir edər”

"Şotlandların, katalonların müstəqillik eşqini Avropanın gələcəyinə təhdid kimi görürəm".

Axar.az xəbər verir ki, bu açıqlama ilə REAL Hərəkatının İcraçı katibi Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib. O, müstəqillik qazanılacağı təqdirdə şotland və katalonların uduzacağını deyib:

"Şotlandların, katalonların müstəqillik eşqini anlayıram, amma indiki dünyada bu gedişatı tam lüzumsuz, hətta Avropanın gələcəyinə təhdid kimi görürəm. Əgər müstəqillik baş tutsa, bu çox pis bir presedent yaradacaq, pis yöndə təsiri Türkiyəyə, bizə, Gürcüstana, Ukrayna və Moldovaya da olacaq.

Şotlandlar da, katalonlar da mərkəzi büdcəyə aldıqları yardımdan daha çox vergi verdiklərini söyləyirlər. Doğru yanaşma deyil, sabah müstəqil olsalar, orduya, polisə, məhkəməyə, təhlükəsizliyə, yeni dövlət və hökumət strukturlarının yaranmasına, xarici təmsilçiliklərin açılmasına milyardlarla dollar vəsait xərcləməli olacaqlar. Yəni, iqtisadi cəhətdən ziyanlı çıxacaqlar. Şotlandlar neftə güvənir, neft erası isə artıq bitir, katalonlar turizmə güvənir, amma Frankonun nəvələri aşırı sağ ispan qüvvələr acığa düşüb orada ildə 1-2 terror törətsələr, turizm çökər.

Dünya problemler içindədir, belə dönəmlərdə hamı öz evinin içini düşünür. Bu təbiidir. Hamı kiçilərək, qapanaraq problemlərdən qorunacağını sanır. Səhv yanaşmadır. Dünya ancaq inteqrasiya proseslərini sürətləndirərək, birlikdə ümumbəşəri dəyərlərə sadiq qalaraq çətinliklərdən qurtula bilər. Umid edirəm ki, şotlandlar "yox" deyərək, bu lüzumsuz söhbətlərə Avropada, dünyada son qoyacaqlar!"

Tarix
2014.09.18 / 17:37
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ Ermənistanda buranı Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla