Ana səhifə Toplum |
11:54
Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində avqustun 9-da 2 hektar biçilmiş taxıl sahəsində küləş yanıb.
DİN-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıblar.
***
Tərtər rayonunda bişilmiş taxıl sahələrini yandıran daha iki nəfər saxlanılıb.
Report-un məlumatına görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bürünc və Qarağacı kəndlərində əkinə yararlı torpaq sahələrini yandıran rayon sakinləri müəyyən edilərək saxlanıb.
Tərtər rayon sakinləri - Rahim Fərman oğlu Qurbanov və Sirac Muxtar oğlu Babayev törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, özlərinə məxsus biçilmiş taxıl sahəsində yanğın torətmələrinə səbəb növbəti əkinə hazırlıq işlərinin görülməsi olub.
Tərtər Rayon Polis Şöbəsinin təhqiqatcısı Natiq Şirinovun verdiyi məlumata görə, yanğın hadisəsini törədən şəxslər ekologiyaya ziyan vurmaqla bərabər, torpağın üst münbit qatına da ziyan vurublar. Bununla da həmin şəxslərin barəsində İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti Tərtər Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinə göndərilib.
Tarix
2018.08.10 / 13:43
|
Müəllif
Axar.az
|