Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2019


Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Tarix
2018.08.10 / 13:13
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Komitə bir itin saxlanmasına çəkdiyi xərci açıqladı

İcra başçısı qəzada yaralananlara baş çəkdi - Foto

DSX-nin hərbi potensialı ciddi səfərbər olunub - Elçin Quliyev

Bu cihazlar Azərbaycana gətirildi – Rəsmi

Bakıda sərnişin avtobusu yandı - Foto

BNA-nın açıqlamalarına gülürəm - Rəşad Məcid

Bakıda sürücü maşını yol polisinin üstünə sürdü - Video

Nazirlikdən hava xəbərdarlığı: qar, yağış...

Daha bir avtobus qəzası: 1 ölü, 4 yaralı - Siyahı

Gömrük işi ixtisası niyə ixtisar edilib? – Rəis narahatdır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla