Yuxarı

Abituriyentlərə ixtisas seçimi ilə bağlı - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İxtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən Axar.az-a veriləm məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və avqustun 13-ü saat 23:59-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə elektron formada aparılır və bu prosesi həftənin istənilən günü, günün istənilən vaxtı həyata keçirmək mümkündür. İxtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur.

Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 8164 nəfərdir. 10 avqust saat 11:30-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 12709, II qrup üzrə 9531, III qrup üzrə 10792, IV qrup üzrə 3195, V qrup üzrə isə 3112 nəfərdir. Ümumilikdə, 2850 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib.

Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə, onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Tarix
2018.08.10 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla