Yuxarı

Deputat Qarabağla bağlı türk dünyasına çağırış etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Macarıstanda keçirilən Turan Qurultayının açılışı ilə bağlı rəsmi tanışlıq ziyafətində iştirak edib.

Axar.az xəbər verir ki, ziyafətdə çıxış edən millət vəkili macar xalqını, türk dövlətlərini və türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai-siyasi xadimləri, alimləri, ziyalıları salamlayıb. Tədbirin önəmindən danışan millət vəkili Qarabağla bağlı çağırış edib:

“Bərabərliyimizi gücləndirsək, gücümüz artacaq və dalətsizliklərə qarşı da daha güclü mübarizə apara biləcəyik. Bu düşüncəyə və birliyə gəncliyimiz daha çox sahib olmalıdır. İnşallah, gələn Turan Qurultayını birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”.

Millət vəkili Turan Qurultayının təşkilatçısı, Macar Turan Vəqfinin rəhbəri Andraş Biroya bu cür önəmli tədbiri təşkil etdiyi üçün təşəkkür edib:

“Var olsun bütün türk dövlətləri, xalqları və Turan! Allah birliyimizi, bərabərliyimizi daha da gücləndirsin. Dostlarımız sevinsin, düşmənlərimiz məhv olsun”.

Ziyafətdə bir sıra türk xalqlarının rəsmi şəxsləri, tanınmış aydınları və alimləri də çıxış ediblər.

Macar Turan Vəqfinin rəhbəri Andraş Biro çıxışında Dağlıq Qarabağdan danışıb, Azərbaycanın yanında olduqlarını vurğulayıb.

Macarıstan parlamentinin vitse-spikeri Şandor Lejak türk dünyasının müxtəlif yerlərindən gəlmiş aydınları salamlayaraq qurultayın önəmindən danışıb.

Tarix
2018.08.11 / 16:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla