Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 Mart 2019


Polislər arasında özünümüdafiə təlimi keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis orqanlarının və metropolitenin mühafizəsi üzrə polis şöbəsi əməkdaşlarının təlim-məşq toplantısı keçirilib.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, toplantı şəxsi heyətin fiziki hazırlığının daha da artırılması, silahsız özünümüdafiə fənlərinə daha yaxşı yiyələnməsi məqsədi daşıyıb.

Toplantıda idmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev çıxış edərək silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsipləri barədə məlumat verib, hər polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətindən danışıb.

Sonra əməkdaşlar həmin fənlərin daha yaxşı mənimsənilməsi məqsədilə bacarıqlarını nümayiş etdiriblər.

İl ərzində davam edəcək təlim müddətində idman cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə məsləhətlər verəcəklər.

Tarix
2018.08.11 / 20:24
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Polkovnik danışdı: Yanğın niyə geniş yayıldı?

“Diqlas”la birgə 1000 sahibkar və 200 milyon “yandı”?

Yanan “Diqlas” Ticarət Mərkəzi kimindir?

Sabah hava necə olacaq? - Proqnoz

Azərbaycanın bu kəndinə 20 santimetr qar yağdı

BŞİH bayram günlərində işçilərinə niyə istirahət vermədi?

Sumqayıtın "başsız" məktəbləri - Araşdırma

Yardımlı qara büründü: Möhtəşəm görüntü - Video

Güney Azərbaycanı seldən sonra qar vurdu - Video

Xızıda 13 milyonluq təsərrüfat satışa çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla