Yuxarı

Qobustanda Türkiyə vətəndaşı saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq hər iki nazirliyin əməkdaşları tərəfindən vətəndaşlardan daxil olmuş məlumat əsasında reyd keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, reyd zamanı Qobustan rayonu Nardərən kəndi yaxınlığındakı ərazidə qanunsuz olaraq Şahin quşlarının tutulmasında şübhə yaradan “Niva” markalı 99 XR 136 dövlət qeydiyyat nişanlı avtomobil müşahidə olunub. Görülən operativ tədbirlər nəticəsində həmin avtomobil saxlanılıb.

Avtomobilə keçirilən baxış zamanı yük yerində Şahin quşlarının tutulmasında istiifadə olunan kustar üsulla hazırlanmış 50 ədəd cələ, 7 dəstə cələ ilgəyi, 3 ədəd şahin quşu papağı, 1 baş ev göyərçinin cəsədi aşkar edilərək maddi subut kimi götürülüb.

Araşdırma zamanı qanunsuz ov edən şəxsin Türkiyə vətəndaşı İssi Ərcan Məhməd olduğu müəyyən edilərək onun barəsində protokol tərtib olunub.

İnzibati xəta törətdiyinə görə İssi Ərcan Məhməd barəsində hazırda İnzibati Xətalar Məcəlləsinə əsasən zəruri tədbirlər görülür və bu istiqamətdə reydlər davam etdirilir.

Qeyd edək ki, Qobustan ərazisində brakonyerlərin Şahin quşunu ovlaması barədə məlumat ETSN-ə vətəndaşlar tərəfindən daxil olub. Nazirlik təbiətin mühafizəsində diqqət və dəstək göstərən belə vətəndaşlara xüsusi təşəkkürünü bildirir.

Tarix
2018.08.11 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla