Yuxarı

Azərbaycanda çayların səviyyəsi qalxıb – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda çayların səviyyəsi qalxıb – Rəsmi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətin durumu açıqlanıb.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat veriblər.

Məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-150, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10-60 faizini təşkil edir.

Tranzit çaylarda artım qeydə alınıb. Sentyabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla ongünlük normanın 108 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm 93 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub.

Kür çayının aşağı axınında isə suyun səviyyəsində mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Şirvanda 2 və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 1sm azalam qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Tarix
2014.09.20 / 11:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Fuad Oktay İlham Əliyevi təbrik etdi

Netanyahu İlham Əliyevi təbrik etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev...

14 maddəlik İran-ABŞ memorandumu – Tam mətn

MM Portuqaliyada səfirliyin təsis edilməsini təsdiqlədi

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla