Yuxarı

30 dövlətin nümayəndəsi Bakıya gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
30 dövlətin nümayəndəsi Bakıya gəlir

"İnsan hüquqları və qabaqcıl idarəetmə kontekstində dövlət xidmətlərinin göstərilməsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Axar.az xəbər verir ki, bu tədbir sentyabrın 24-25-də Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə 30-dan çox dövləti, eyni zamanda Avropa Şurası, BMT, ATƏT, Avropa İttifaqı, Korrupsiya əleyhinə Beynəlxalq Akademiya, bir sıra xarici QHT-ləri təmsil edən 50-ə yaxın nümayəndə iştirak edəcək.

İştirakçılar arasında Avropa Şurasının üzv dövlətlərinin və digər ölkələrin ekspertləri, "vahid məkan" prinsipi üzrə fəaliyyət göstərən xarici dövlət orqanlarının yüksək vəzifəli rəsmiləri, Avropa Şurasının Katibliyinin əməkdaşları, BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin hazırkı sədri və bir sıra üzvləri olacaqlar. Tədbirə, həmçinin Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının, ölkəmizdə fəaliyyət göstərən özəl şirkətlərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılacaqlar.

Tarix
2014.09.20 / 14:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Avropa “vassala” çevrilir: Makron Əliyevin dediklərini təkrarladı

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla