Yuxarı

Bakıda iki əmioğlu bir-birini baltaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki əmioğlu bir-birini baltaladı

Bakının Sabunçu rayonunda əmioğlu əmioğlunu baltalayıb.

APA-nın məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bir müddət əvvəl həbsdən çıxan 41 yaşlı Əliağa Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin qızı ona verməyiblər. Bundan sonra qohumlar arasında mübahisə düşüb.

Qızın qardaşı, 51 yaşlı Əlisamit Zeynalov gecə vaxtı Məşədi Adil küçəsində yaşayan Əliağanın evinə gələrək pəncərədən içəri daxil olub. Əlisamit yatmış vəziyyətdə olan əmisi oğluna balta ilə bir neçə zərbə endirərək gəldiyi yollada evi tərk edib. Əliağanın səsinə oyanan ailə üzvləri onu xəstəxanaya çatdırıblar.

Həkimlərin səyinə baxmayaraq Əliağa Dostməmmədovun həyatını xilas etmək mümkün olmayıb. Əlisamit Zeynalov hadisəni törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Faktla əlaqədar cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2014.09.25 / 08:39
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla