Yuxarı

Qaz cəriməsi necə yazılır və sayğac niyə bloklanır? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəriqaz İstehsalat Birliyinin son günlər bölgələrdə və paytaxtda vətəndaşları sayğaca müdaxilə iddiası ilə cərimələməsi və abonentlərə təbii qazın verilişini dayandırması onları çıxılmaz vəziyyətə salıb. Çünki ölkədə sakinlərin təbii qaz ehtiyacını qarşılayan əlavə qurum yoxdur.

Məsələ ilə bağlı “Azəriqaz”dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sayğac dəyişdirilərkən onun çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilir və bunun bir nüsxəsi mənzilin sahibinə təqdim olunur. Bundan sonra isə sayğac dövlət yoxlamasına göndərilir:

“İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının yoxlanması laboratoriyasının rəyinə əsasən, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunaraq, itirilmiş təbii qazın dəyərinin hesablanması üçün komissiyası tərəfindən hesabat aparılır. Rəyə əsasən, hesablanmış məbləğ abonent tərəfindən ödənilmədikdə smart payment kartı blok statusuna keçirilir. Məhkəməyə müraciət olunduğu təqdirdə isə məhkəmə qərardadını ASAN Kommunal mərkəzinə təqdim etdikdən sonra məhkəmə prossesi başa çatana qədər mənzilin qaz təchizatı təmin edilir”.

Qeyd edək ki, son günlərdə Azəriqaz İstehsalat Birliyini sayğacın zədələnməsi iddiası ilə sözügedən qurğuları dəyişdirib və sonra müdaxilə edilməsini əsas gətirərək bir sıra abonentə yüksək məbləğdə cərimə yazıb. Sayğaca heç bir müdaxilə etmədiklərini deyən vətəndaşlar qurumun bu addımını əsassız adlandırıb və məhkəməyə müraciət ediblər.

Tarix
2018.09.03 / 15:22
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bakının təyyarə tələbi: Kreml “fikrini” dəyişəcəkmi?

AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”...

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır - "Vaşinqton Post"

Azərbaycan ilə Çinin böyük planları var - Əliyev

İlham Əliyevdən Şuşa forumu ilə bağlı paylaşım - Video

Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident

Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev

Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev

Fransa ilə Kaledoniya arasında baş verən hadisə...

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla