Yuxarı

Saakaşvili Nyu Yorkda azərbaycanlılarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili Nyu Yorkda azərbaycanlılarla görüşdü

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbəri Mixail Saakaşvili ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS-ə verilən məlumata görə, 2015-ci ilin aprelində Bakıda keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərçivəsində Mərkəzin Baş katibi Rövşən Muradov ABŞ-ın Nyu York şəhərində bir sıra görüşlər keçirib.

Gürcüstanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Mixail Saakaşvili ilə görüşdə növbəti foruma hazırlıq məsələləri, tədbirdə müzakirəyə çıxarılacaq qlobal problemlər, həmçinin təşkilatın fəaliyyəti, həyata keçirilən layihələrə dair ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Helsinki Aktının 40 illiyi ərəfəsinə təsadüf edəcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunun əhəmiyyəti xüsusi vurğulanıb.

Gələn ilin keçiriləcək növbəti Foruma hazırlıqlar Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Finlandiyanın sabiq dövlət başçısı Tarya Halonenlə də müzakirə olunub.

Qeyd edək ki, Qlobal Müştərək Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil olunur. Forumda nüfuzlu siyasi xadimlər, elm adamları, ekspertlər dünyanı narahat edən qlobal məsələləri müzakirə edir.

Tarix
2014.09.26 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla