Yuxarı

11 ayda 77 hərbçi ölüb, 91-i yaralanıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin on bir ayı ərzində Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, ötən müddətdə 91 nəfər yaralanıb və ya xəsarət alıb.

Dünyalarını dəyişənlərin 10-u döyüş (erməni gülləsi), 67-si isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib. 9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 12 nəfər xəstəlikdən dünyasını dəyişib. 16 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır. Yaralılara və xəsarət alanlara gəlincə (91 nəfər), onların 17-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-i intihara cəhddən, 4-ü mülki şəxslərlə davadan, 9-u erməni gülləsindən, 2 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 47-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 64 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 6 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur ("Musavat.com").

Tarix
2013.12.01 / 22:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla