Yuxarı

Bakının mərkəzində əməliyyat: "Qara Rəhilə" həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının mərkəzində əməliyyat: "Qara Rəhilə" həbs edildi

Bakıda cibgirliklə məşğul olan dəstə zərərsizləşdirilib.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, DİN NHİX, TŞX, Bakı şəhər BPİ TŞX və CAİ-nin birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli olanlar - Esmira Səfərova, Fərid Şərifzadə, əvvəllər məhkum olunmuşlar Rəhilə İsmayılova, Rauf Əliyev və Elçin Xankişiyev Səbail rayonu Zərifə Əliyeva küçəsində saxlanılıblar. Yaxalanan şəxslərin üzərilərinə baxış keçirilərkən E.Xankişiyevdən 3,75 qram, R.Əliyevdən isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın 24-də 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar.

Qeyd edək ki, yaxalanan arasında olan 60 Rahilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, "oğru" aləmində "Qara Rahilə" kimi tanınır. R.İsmayılov əvvəllər də cibgirlik və narkotik maddə saxladığına görə 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.

R.İsmayılovanın və onunla birgə yaxalanmış şəxslərin əməlindən ziyan çəkənlərin sayının xeyli çox olduğu bildirilir. Araşdırmalar davam etdirilir.

Tarix
2014.09.27 / 10:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla