Yuxarı

Gənc alimlərimiz Avropaya ezam olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc alimlərimiz Avropaya ezam olunur

Azərbaycanın 17 gənc alimi ixtisasartırma təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə ezam olunacaqlar.

Bu barədə Axar.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat veriblər.

AMEA prezidenti, akademik Akif Əlizadənin imzaladığı sərəncama əsasən, akademiyanın 17 gənc alim və mütəxəssisi doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə ezam olunacaq.

Ezam olunacaq gənclər AMEA rəyasət heyəti tərəfindən keçirilən müsabiqə yolu ilə seçiliblər. Ezamiyyətin müddəti və maliyələşdirmə imkanları AMEA və Təhsil Nazirliyi arasında imzalanmış müqaviləyə görə müəyyənləşdiriləcək. Gənclər Avropanın bir çox ölkələri, o cümlədən Rusiya və Türkiyənin tanınmış universitet, elmi-tədqiqat mərkəzi, müəssisə və təşkilatlarında təhsil alacaq.

Qeyd edək ki, bu qərar "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

Tarix
2014.09.27 / 10:38
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla