Yuxarı

Azərbaycanda su sayğacları sınaqdan keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda su sayğacları sınaqdan keçiriləcək

Smart-kartlı su sayğaclarının sınaqdan keçirmək məqsədilə laborotoriya yaradılıb.

Bu barədə Axar.az-a "Azərsu" ASC-dən məlumat veriblər.

Belə ki, "Azərsu" sayğaclaşma işlərinin tətbiqi dairəsinin genişləndirilməsi ilə yanaşı, onlara mütəmadi texniki xidmət göstərilməsini də planlaşdırır. Bu məqsədlə ASC tərəfindən su sayğaclarının sınağı laboratoriyasının yaradılmasına qərar verilib.

Hazırda laboratoriyada tamamlama işləri həyata keçirilir. Laboratoriya binası su sayğaclarının sınağı, təmiri sahələrindən, anbar, inzibati və yardımçı hissələrdən ibarətdir. Laboratoriyada Türkiyə və Avropa ölkələrinin istehsalı olan müasir cihaz və avadanlıqlar quraşdırılıb.

Qeyd edək ki, Su sayğaclarının sınağı laboratoriyasında məişətdə və sənayedə istifadə olunan su sayğacları dövlət müqayisəli yoxlamadan keçiriləcək. Ümumilikdə ay ərzində laboratoriyada 2700 ədəd su sayğacını yoxlamadan keçirmək üçün imkanlar mövcuddur.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təlimatına uyğun olaraq məişətdə istifadə olunan su sayğacları 5 ildə ən azı bir dəfə yoxlamadan keçirilməlidir.

Tarix
2014.09.28 / 15:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla