Yuxarı

Ölən və yaralanan hərbçilərimizn adı məlum oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölən və yaralanan hərbçiləri adı məlum olub

Azərbaycan-İran sərhədində sərhədçilərlə sərhəd pozucuları arasında silahlı insident baş verib, bir hərbçi həlak olub, ikisi isə yaralanıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ötən gün saat 19:30 radələrində Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində baş verib. Silahlı insident, sərhəd naryadının, sərhəd pozucularının qarşısının alınması zamanı baş verib. Bir nəfər hərbi qulluqçu həlak olub, ikisi isə yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi olduğu bildirilir.

APA-nın bölgə müxbirinin əldə etdiyi məlumata görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.

İnsident zamanı həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Məlumata görə, hər iki yaralı yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.

Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

Hadisənin baş vermə səbəbləri Dövlət Sərhəd Xidməti və Azərbaycan Hərbi Prokurorluğu tərəfindən araşdırılır.

Tarix
2013.12.02 / 09:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla