Yuxarı

İcra başçısı zərərçəkənlərin pulunu ödətdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı zərərçəkənlərin pulunu ödətdirir

"Sevil" MMC tikinti şirkətinin bağlanması nəticəsində sadə vətəndaşlara dəyən ziyanın ödənilməsi Abşeron rayonunda həyata keçirilir və prosesə birbaşa Abşeron rayon İcra Hakimiyyəti nəzarət edir.

Axar.az-a daxil olan məlumata görə, proses artıq başlayıb. Belə ki, vətəndaşların pullarının qaytarılmasına Xırdalan şəhərindəki 1 saylı notarial kontorda start verilib. Payçılar ödəniş sənədlərini təqdim edir, onların vəsaitləri də notarial qaydada geri qaytarılır. İddialara görə, artıq onlarla vətəndaşın zərəri ödənilib. Bu vaxta qədər ödənilən məbləğin 2 milyon manata çatdığı da qeyd edilir.

40 binanın, 500 fərdi evin pulunun mənimsənildiyini bildirən mənbənin sözlərinə görə, çoxsaylı vətəndaşın aldadıldığı barədə məlumat hüquq mühafizə orqanları rəhbərliyinin birbaşa nəzarətindədir. Ona görə də vətəndaşların fırıldaq yolu ilə ələ keçirilən pullarının qaytarılması və bu maxinasiyada məsuliyyətsizlik edənlərin cəzalanması barədə ciddi işlər aparılır.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi "Sevil" MMC-nin rəhbəri Aynur Zeynalovun barəsində həbs qətimkan tədbiri seçib. Aynur Zeynalov vətəndaşlara külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham edilir. Onun vəhhabilərlə əlaqələrinin olduğu da söylənilir.

Tarix
2014.09.29 / 12:12
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla