Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


Məktəblər necə mühafizə edilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündən sonra yeni dərs ili başlayır. Məktəbliləri qarşıda gözləyən 9 aylıq dərs ilində valideynləri xüsusilə düşündürən uşaqların təhlükəsizliyinin təminatıdır. Bu da məktəbin mühafizə sistemindən asılıdır.

Məsələ ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin mühafizəsi baxımından iki qurum iş aparır:

“Tədris ilinin başlanmasına az qalmış təhsil müəssisələrinin mühafizəsi istiqamətində hər il Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi birgə iş aparır.

Amma etiraf edək ki, bütün məktəblərin mühafizəsi mümkün deyil. Bu gün 4500-dən çox orta məktəb, 1600-dən çox məktəbəqədər təhsil müəssisəsi, 50-dən çox universitet və o sayda orta ixtisas, 100-ə qədər peşə təhsili müəsssiəsi fəaliyyət göstərir. Onların hamısının hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən mühafizəsini təmin etmək reallıqdan uzaqdır.

Buna böyük vəsait lazımdır. Ancaq ali təhsil müəssisələri , özəl orta məktəb və bəzi dövlət orta məktəbləri öz vəsaitləri hesabına mühafizəni təşkil edə bilər və edirlər”.

Ekspert bildirib ki, qanunvericilik aktlarına uyğun olaraq orta məktəblərin mühafizəsi ilə bağlı Təhsil Nazirliyinin büdcəsində vəsait nəzərdə tutulmayıb:

“Eyni zamanda qeyd edim ki, bir çox ümumtəhsil məktəblərində mühafizə üçün valideynlərin könüllü əməkdaşlığı təcrübəsi mövcuddur və valideyn komitələrinin bu işə cəlb olunması ilə məktəblər mühafizə olunurlar.

Bildirim ki, nə 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda, nə də Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsində məktəblərin mühafizəsi ilə bağlı hər hansı bir məsələ göstərilib. Məktəblər dövlət müəssisəsi olduğu üçün mühafizəyə görə əlavə vəsait ayrılmır”.

K.Əsədov bildirib ki, məktəblərdə mühafizə işini görən şəxslərə xüsusi təlimlər keçilməlidir:

“Bu gün məktəbləri bəzən tədaüqdçü nənə və babalar mühafizə edir. Onlar yalnız şagirdlərin dərs zamanı çölə çıxmasına və valideyinlərin məktəbə daxil olmasına maneə olur. Amma baş verə biləcək hansısa neqativ hadisədən onlar məktəbi mühafizə etmək gücündə deyillər”.

Ekspert təklif edir ki, məktəblərin yaxınlığında mobil patrul dəstələri fəaliyyət göstərsin.

Tarix
2018.09.11 / 12:03
Müəllif
Nigar, Billurə
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cəbhədə son durum

Bakıda 18 yaşlı oğlan itkin düşdü

Azərbaycanın axtarışa verdiyi şəxs Moskvada tutuldu

“Quş qripi” nə görə başlayan monitorinq başa çatdı

XİN-də 20 yanvar faciəsi anıldı

Diqqət: Bu yol nişanlarında dəyişiklik edilir

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard xərclədi

Şamaxıya gedən sürücülərin diqqətinə - Video

20 Yanvar dönüş nöqtəsi oldu - Gürcü deputat

Qorbaçov komandası erməniləri himayə edirdi - Səfir

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla