Yuxarı

Bakıda yeni işıqforlar quraşdırılacaq - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bəzi yollarında piyada və avtomobillərin rahat hərəkətini təmin etmək məqsədi ilə yol ayrıclarına yeni işıqforlar qoyulacaq.

Xəzər Xəbər-in məlumatına görə, bununla bağlı təklif Bakı Nəqliyyat Agentliyindən gəlib. Bu işıqforların yeni dərs ili başlayana qədər qoyulması nəzərdə tutulur.

Bakı Nəqliyyat Agentliyinin təklifinə əsasən, "Nizami2 metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində işıqforların qoyulması planlaşdırılır.

Ərazi "Nizami" metrostansiyasına yaxın olduğundan burada piyadaların sıx hərəkəti müşahidə edilir.

Avtomobillərin xaotik hərəkətinin müşahidə edildiyi və pik saatlarda tıxacın yaşandığı digər ərazi isə Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişmələridir ki, burada da növbəliliyin işıqforlarla tənzimlənməsi və piyada zolağının çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Agentlik tərəfindən paytaxtın digər yollarında da rahat hərəkətin təşkili üçün araşdırma aparılır.

Tarix
2018.09.11 / 23:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla