Yuxarı

Məşhur otel yarı qiymətə satışa çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın məşhur otellərindən biri özəlləşdirməyə çıxarılıb.

Axar.az xəbər verir ki, hərraca təqdim edilən Balakən rayonunda yerləşən “Qubek Otel” istirahət zonası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərracda özəlləşdiriləcək.

Otel hərraca Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təqdim edilib. Otelin özəlləşdirilməsi üzrə hərrac oktyabr ayının 9-da keçiriləcək.

Balakənin mərkəzində yerləşən “Qubek Otel” burada səviyyəsinə görə ən yaxşı otel sayılır. Sahəsi 9,3 min kvadrtmetr olan oteldə 63 nömrə var. Onlardan 24-ü standart, 30-u delüks, 9-u isə VİP-dir. Nömrələrdə bütün şərait və rahatlıq yaradılıb. Burada açıq və bağlı hovuzlar, eləcə də ətraf əraziyə əla mənzərənin açıldığı kanat yolu var.

"Qubek Otel" indiyədək SOCAR-ın Sosial İnkişaf İdarəsinin balansında olub və neftçilər üçün istirahət yerlərindən biri sayılıb.

Otelin ilkin start qiyməti 9 milyon manat müəyyən edilib. Lakin otelin yerləşdiyi həyətyanı ərazinin qiyməti 100.000 manat olduğundan, ümumi qiymət 9,1 milyona təklif ediləcək.

Xatırladaq ki, sözügedən otel bu ilin mart ayında 18 milyon manata hərraca təqdim edilmişdi. Lakin otel özəlləşdirilmədiyindən növbəti dəfə yarı qiymətinə satışa çıxarılıb.

Tarix
2018.09.12 / 12:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla