Yuxarı

Urmunun səviyyəsi 8 metr aşağı düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Urmiya gölündə suyun səviyyəsi 20 il ərzində 8 metr aşağı düşüb.

Axar.az xəbər verir ki, bu barədə Urmiya gölünü Canlandırma Mərkəzi tərəfindən yayılan statistik məlumatda bildirilir.

Göldə suyun tarazlıq səviyyəsi sentyabrın 8-də 1270.31 metr, həcmi isə 1.12 milyard kubmetr olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə suyun səviyyəsinin 0,3%, həcminin isə 0.02% azaldığını göstərir.

Həmçinin son 20 ildə suyun səviyyəsinin orta hesabla hər il 40 santimetr aşağı düşdüyü məlum olub.

Hazırda Urmu gölünün ümumi sahəsi 1771.35 kvadrat kilometrdir. Halbuki, normal vəziyyətdə gölün sahəsi 4526.7 kvadrat kilometr olub.

Qeyd edək ki, gölün quruması nəticəsində bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir.

Tarix
2018.09.12 / 15:17
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla