Yuxarı

Nazirlik 70 məzunu işə götürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunları Müdafiə Sənayesi Nazirliyinin zavod-komplekslərinə təyinat alıblar.

Axar.az xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyini xüsusi ixtisaslı mühəndis kadrları ilə təmin etmək məqsədilə AzTU-da yaradılan “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunlarının işlə təmin olunması üçün komissiya təşkil edilib. Nazirliyin və AzTU-nun birgə yaratdığı seçim komissiyasının tərkibinə Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri, nazirliyin tərkibində olan müəssisələrin rəhbərləri və AzTU rəhbərliyi daxildir.

Bu gün AzTU-da gənc silah mütəxəssislərinin işlə təmin olunması məqsədilə komissiya üzvlərinin və məzunların iştirakı ilə 70-ə yaxın məzun arasında yaşadığı ərazi nəzərə alınaraq, ixtisas üzrə bölgü keçirilib.

Təhsildə göstəricisi və ixtisası nəzərə alınaraq komissiya tərəfindən seçilən gənc mühəndislər könüllü olaraq Nazirliyin “İQLİM” Elmi-İstehsalat Müəssisəsi, "Araz" zavodu, Bakı Cihazqayırma Zavodu, "Alov" zavodu, "PEYK" zavodu, Еlmi-Tədqiqаt İnstitutu və digər bu kimi böyük komplekslərinə təyin ediliblər.

Seçim zamanı “Xüsusi texnika və texnologiya” fakültəsinin magistratura səviyyəsinə qəbul olunan tələbələrin təyinatı isə fakültə rəhbərliyinin məsləhəti ilə Nazirliyin Еlmi-Tədqiqаt İnstitutuna verilib. Bu yolla elmi fəaliyyətlərini davam etdirmək niyyətində olanlar üçün də şərait yaradılıb.

Qeyd edək ki, komissiya hərbi xidmətdə olan məzunlarla hərbi xidmətlərini başa vurduqdan sonra əlaqə yaradacaq və onlar müvafiq işlə təmin olunacaqlar.

Tarix
2018.09.12 / 15:25
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla