Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


Şəhidlərin varislərinə 11 minin verilməsinə başlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları hazırlanıb.

Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, gələn aydan həmin ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq.

Nazirlikdə Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası və ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətlərində aparılan işlər müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq. Vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.

Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək.

Nazir oktyabr ayından birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanmasının nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, nazirliyin müvafiq siyahısında olan şəhid hərbi qulluqçuların vərəsələrinin notariat orqanlarında vərəsəlikləri təsdiq edildikdən sonra elektron qaydada onlar barədə məlumatlar nazirliyə ötürüləcək və bu məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq.

Tarix
2018.09.12 / 16:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Cəbhədə son durum

Bakıda 18 yaşlı oğlan itkin düşdü

Azərbaycanın axtarışa verdiyi şəxs Moskvada tutuldu

“Quş qripi” nə görə başlayan monitorinq başa çatdı

XİN-də 20 yanvar faciəsi anıldı

Diqqət: Bu yol nişanlarında dəyişiklik edilir

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard xərclədi

Şamaxıya gedən sürücülərin diqqətinə - Video

20 Yanvar dönüş nöqtəsi oldu - Gürcü deputat

Qorbaçov komandası erməniləri himayə edirdi - Səfir

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla