Yuxarı

Aşurada zəncir vurmaq xristianlıqdan gəlib - İddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşura mərasimi islama xas olan bir ayin deyil. O, şiə ideologiyasının digər elementləri kimi, islam yaranandan bir neçə əsr sonra, indiki İran ərazisində formalaşıb.

Bu sözləri Axar.az-a açıqlamasında Azvision.az saytının baş redaktoru, tanınmış jurnalist Vüsal Məmmədov Aşura mərasimi ilə bağlı fikirlərini bölüşərkən deyib. O, şiə məzhəbində xristian dininə xas əlamətlərin olduğunu bildirib:

“Şiəlik, müasir dillə desək, Xilafətin hakim məzhəbinə qarşı müxalifətdə olan dini qüvvələrin ideologiyası idi. Həmin qüvvələr tamamilə klassik sxem üzrə Xilafətin (yəni imperiyanın) periferiyasına sığınaraq, hakimiyyətə gəlmək üçün yeni cərəyan formalaşdırmağa çalışırdılar. Buna görə də şiəliyin ilk ideoloqları hakimiyyətdə olan rəsmi islam məzhəbindən maksimum fərqlənmək üçün digər dinin - xristianlığın elementlərindən gen-bol istifadə ediblər. Məsələn, xristianlıqda İsa və 12 həvari, şiəlikdə isə Məhəmməd və 12 imam var. Xristianlıqda İsanın öləndən sonra dirilib göyə qalxdığı deyilir, şiəlikdə 12-ci imam Mehdinin ölmədiyi və qeybə çəkildiyi iddia olunur. Xristianlığa görə, İsa nə vaxtsa qayıdıb öz səltənətini quracaq, şiəliyə görə Mehdi qeybdən qayıdıb, öz hakimiyyətini bərqərar edəcək”.

V.Məmmədov Aşura mərasimində insanların özünü döyməsinin xristianlıqdan gəldiyini söyləyib:

“Belə paralelləri xeyli uzatmaq olar ki, onlardan biri də özünə işgəncə verməkdir. Xristianlıqda bu, “flagellantlıq” adlanırdı. Eynilə şiələrin zəncirinə bənzəyən qısa qamçı ilə özünü döymək orta əsrlərin əvvəlində xristian dünyasında geniş yayılmışdı. Amma 14-cü əsrdə Roma Papası Klement bunu qadağan edib. İslamda isə əksinə, nəinki qadağan olunur, hətta dini liderlərin səylərilə şiəliyin siyasi idologiya kimi yaşayıb güclənməsi üçün Aşura mərasimləri daha da geniş yayılır. Bu gün də bizim müşahidə etdiyimiz zəncir vurmaq, baş yarmaq kimi islama heç bir aidiyyəti olmayan əməllər onun davamıdır”.

Tarix
2018.09.12 / 16:12
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla