Yuxarı

20 direktor müavini işdən çıxarıldı - Məhəbbət Vəliyeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə işlər aparılır.

Axar.az xəbər verir ki, bu sözləri Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva ənənəvi sentyabr konfransında çıxışı zamanı deyib. O bildirib ki, şagird sıxlığının qarşısını almaq üçün paytaxtdakı məktəblərin 85 faizində ərazi prinsipi tətbiq edilmir:

“Bundan başqa, araşdırmalarımız zamanı müşahidə etdik ki, bir sıra məktəblərdə rus bölmələrində bəzi siniflər fəaliyyət göstərmir, bəzi siniflərdə şagirdlərin sayı azlıq təşkil edir. Şagird sayı az olmaqla yanaşı, həmin siniflər üzrə qəbul göstəriciləri də aşağı idi. Bu problemi həll etmək üçün son 3 ildə 9-cu sinif şagirdlərinin yaxınlıqdakı məktəblərə köçürülməsi layihəsi həyata keçirilir”.

Məhəbbət Vəliyeva qeyd edib ki, ötən tədris ilində aparılan monitorinqlər nəticəsində işində yol verdiyi nöqsanlara görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 10 təhsil müəssisəsinin rəhbəri, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb:

“Bununla yanaşı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib”.

Tarix
2018.09.12 / 17:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla