Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


“Bakcell”dən korporativ müştərilər üçün “Ailə günü”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi "Bakcell" şirkəti özünün korporativ müştərilərinə etibar, sadiqlik və əməkdaşlığa görə minnətdarlığını bildirmək məqsədilə xüsusi “Ailə Günü” tədbiri təşkil edib.

Axar.az xəbər verir ki, ötən həftəsonu "Bakcell" 60-dan çox şirkətin nümayəndələrini və onların ailə üzvlərini açıq havada təşkil olunmuş əyləncə və oyunlarda iştirak etmək üçün “Bakcell ailə günü” tədbirinə dəvət edib. Burada korporativ abunəçilər xoş əhval-ruhiyyə və dostluq mühitində ailələri və iş yoldaşları ilə birgə vaxt keçirib, digər şirkətlərin əməkdaşları ilə tanış olub və yeni biznes əlaqələri qurmaq imkanı əldə ediblər.

“Bakcell ailə günü” xüsusilə də uşaqların ürəyincə olub, çünki "Bakcell" onları əyləncə, maraqlı oyunlar və bol-bol hədiyyəli şən müsabiqələrlə sevindirib. Tədbir həmçinin DJ və ifaçıların performansı ilə müşayiət olunub. Bütün oyun və müsabiqələr xüsusi animatorlar tərəfindən keçirilib.

“Həftə içində günün böyük hissəsini işdə olan insanlar istirahət günlərində öz ailələri və uşaqları ilə mümkün qədər çox vaxt keçirməyə çalışırlar. "Bakcell" bu ənənəyə sadiq qalaraq istirahət günündə öz biznes tərəfdaşlarını və onların ailələrini bir araya gətirdi. Münasibətlərimizi daha da möhkəmləndirmək, “Bakcell” ailəsinin vacib bir hissəsi olduqlarına görə korporativ abunəçilərimizə təşəkkür etmək üçün bu çox yaxşı bir imkan idi”, - deyə “Bakcell” şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.

Bakcell şirkəti hazırda müxtəlif sahələri təmsil edən 3500-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara mobil telekommunikasiya sahəsində istənilən növ xidməti göstərməyə hazırdır. Bakcell özünün korporativ abunəçilərinə təhlükəsiz və etibarlı rabitə təqdim etməklə daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).

Tarix
2018.09.12 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Şəkidə kütləvi dava: 2 nəfər...

Cəbhədə son durum

Bakıda 18 yaşlı oğlan itkin düşdü

Azərbaycanın axtarışa verdiyi şəxs Moskvada tutuldu

“Quş qripi” nə görə başlayan monitorinq başa çatdı

XİN-də 20 yanvar faciəsi anıldı

Diqqət: Bu yol nişanlarında dəyişiklik edilir

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard xərclədi

Şamaxıya gedən sürücülərin diqqətinə - Video

20 Yanvar dönüş nöqtəsi oldu - Gürcü deputat

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla